Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

Hazırda oxunan: Atasıgilə qonaq getmək istəyirdi, xəstəxanalıq oldu

603302

Lənkəran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza köhnə Ələt–Astara magistralında, rayonun Parakənd kəndi ərazisində qeydə alınıb. 1989-cu il təvəllüdlü Fariz Məmmədovun idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobus hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub.
 

Hadisə nəticəsində Astara rayonunun Təxtənəkəran kənd sakini, 1984-cü il təvəllüdlü Leyla Kərimağa qızı İbrahimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, hazırda müalicəsi davam etdirilir.


Məlumata görə, 42 yaşlı qadın Astaradan Lənkərana atasının evinə qonaq gəlirmiş. O, marşrutdan düşərək yolu keçmək istəyərkən qəza baş verib.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin