Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Hazırda oxunan: Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

603212

25 və 26 mart tarixlərində aidiyyəti qurum tərəfindən Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, eləcə də Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində aparılacaq təmir işləri ilə əlaqədar  nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
 

Bildirilib ki, məhdudiyyətə uyğun olaraq, Abbasqulu ağa Bakıxanov küçəsindən keçən 3, 17 və 33 nömrəli marşrutların hərəkəti alternativ olaraq Hənifə Ələsgərov, Cəlil Məmmədquluzadə, Nəsib bəy Yusifbəyli, Mərdanov qardaşları, Mirəsədulla Mirqasımov və Ənvər Qasımzadə küçələri ilə təşkil ediləcək.


Hüseyn Cavid prospektindən keçən 3, 6, 10, 17, 18, 39, 53, 96 və 206 nömrəli marşrutların hərəkəti isə Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Mətbuat prospekti, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadə küçələri ilə təşkil ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin