Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə yeni Ələt–Astara magistral yolunun 161-ci kilometrliyində, rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
1991-ci il təvəllüdlü Bakı şəhər sakini Faiq Məmmədlinin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb.
Nəticədə nəqliyyat vasitəsi magistraldan kənara çıxaraq su kanalının üzərində aşıb və əkin sahəsinə düşüb.
Qəza zamanı sürücü və onun həyat yoldaşı, 1990-cı il təvəllüdlü Xanım Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar ətrafdakı şəxslərin köməyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılıb.
Onlar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
İlkin tibbi müdaxilədən sonra qadın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Sabutay Nağı, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
13:33 / 24.03.2026
Lənkəranda avtomobil AŞIB – Yaralılar var
Hazırda oxunan: Lənkəranda avtomobil AŞIB – Yaralılar var
Hazırda oxunan: Lənkəranda avtomobil AŞIB – Yaralılar var
603146
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































