71 yaşlı qadını avtomobil vurub öldürdü

Hazırda oxunan: 71 yaşlı qadını avtomobil vurub öldürdü

603126

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə martın 23-də axşam saat 20 radələrində qeydə alınıb.

Belə ki, Hamlet Yolçuyevin idarə etdiyi “KİA” markalı avtomobil yolu keçmək istəyən 71 yaşlı Samaya Hüseynovanı vurub.

Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin