Fevralın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-dan Bizim.Media-ya verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX rəisi, general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb.
Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına əminlik bildirilərək onlara müvəffəqiyyətlər arzulanıb.
Karantin və sosial məsafə qaydalarına əməl edilməklə təşkil olunan mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:05 / 15.02.2022
DSX hərbi hissəsində andiçmə mərasimi keçirilib - FOTO
Hazırda oxunan: DSX hərbi hissəsində andiçmə mərasimi keçirilib - FOTO
Hazırda oxunan: DSX hərbi hissəsində andiçmə mərasimi keçirilib - FOTO
0:00
0:00
60307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.