Bakıda 70 yaşlı Alzaymer xəstəsi Nazim Məmmədzadə itkin düşüb.
Bizim.Media xəbər verir ki, Bu barədə “Qafqazinfo”ya onun ailə üzvləri məlumat veriblər.
Onlar bildiriblər ki, 1956-cı il təvəllüdlü kişi dünən saat 13:40 radələrində Vaqif prospekti ilə Xan Şuşinski küçələrinin kəsişməsində evdən çıxıb və naməlum istiqamətə gedib.
Evdən çıxarkən onun əynində qəhvəyi sviter, qara şalvar, boz rəngdə parça ayaqqabı olub. Alnında xalı var, danışmaqda çətinlik çəkir.
Bu şəxsi görənlərdən yaxınlıqdakı polis əməkdaşlarına və ya polis şöbəsinə xəbər vermələri xahiş olunur.
Hadisə ilə bağlı Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə də müraciət edilib və polis tərəfindən axtarış tədbirləri görülür.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:20 / 23.03.2026
Bakıda 70 yaşlı kişi itkin düşdü
Hazırda oxunan: Bakıda 70 yaşlı kişi itkin düşdü
Hazırda oxunan: Bakıda 70 yaşlı kişi itkin düşdü
603039
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































