Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR?MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Elektrikli avtobuslar sərnişinləri GECİKDİRİR?MÜHÜM AÇIQLAMA

603021

Yaxın günlərdə müvafiq marşrut xətləri üzrə  167 ədəd “BYD” markalı tam elektrik mühərrikli avtobus xidmətə başladı. Bu avtobuslar həm ekoloji baxımdan digər avtobuslarla müqayisədə zərərsizdir, həm də hərəkət zamanı səs çirkliliyinin qarşısını alır.

Ancaq bəzi sərnişinlər  iddia edirlər ki, elektrikli avtobusların sürəti qazla sıxılmış avtobuslara nisbətən daha yavaşdır. Onlar deyir ki, öncədən 40 dəqiqəyə mənzil başına çatsalar da, hazırda həmin yolu 1 saata başa vururlar

Maraqlıdır ki, bu, avtobusların texniki fərqindən irəli gələn haldırmı?

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Bizim.Media-ya açıqlamasında bildirib ki, bu iki avtobus arasında birinin qazla, birinin elektriklə işləməsindən başqa böyük texniki fərq yoxdur.

O vurğulayıb ki, avtobusların yenilənməsi, ödəniş vasitələrinin çeşidliliyi, hətta yeni avtobusların təkcə mərkəzdə yox, həm də şəhərətafı qəsəbələrdə istifadəyə verilməsi çox müsbət haldır.

“Marşruta buraxılan yeni elektrobusların adaptasiya dövrüdür. Elektrikli avtobusların yeni gətirildiyi ilkin vaxtlarda da buna oxşar, gecikmə halları müşahidə olunurdu”.

Ekspert vurğulayıb ki, yaxın günlərdə belə hallar öz həllini tapacaq, gecikmələr aradan qalxacaq.

“Hazırda yeni xətlər, yeni park açılıb. Buna görə də uyğunlaşma dövrüdür. Nəzərə almalıyıq ki,  elektrobuslar daha sakit və komfortludur. Bu da nəinki mərkəzdə, həm də kənd və qəsəbələrdə hərəkəti daha rahat edir”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin