Evdə doğum edərkən ölən 15 yaşlı qızın anası DANIŞDI: “Dedilər xəstəxanaya aparsan, səni də, qızını da öldürəcəyik” - VİDEO

Hazırda oxunan: Evdə doğum edərkən ölən 15 yaşlı qızın anası DANIŞDI: “Dedilər xəstəxanaya aparsan, səni də, qızını da öldürəcəyik” - VİDEO

60299

Bakıda bir neçə gün əvvəl yeniyetmə qızın uşaq dünyaya gətirdikdən sonra özünün və körpəsinin öldüyü barədə xəbər vermişdik.

Xəzər rayon prokurorluğu 10 ay əvvəl 1993-cü il təvəllüdlü Elvin Məmmədov (ad və soyad şərtidir) ilə ailə həyatı quran 15 yaşlı Ləmanın fevralın 4-də, saat 14 radələrində yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halının pisləşərək komatoz vəziyyətə düşdüyünü açıqlayıb.

Bu səbəbdən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilən mərhum saat 18:00 radələrində xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Bizim.Media-nın məlumatına görə, doğum vaxtı ölən azyaşlının anası ATV-də yayımlanan “Bizimləsən” verilişində maraqlı fikirlər səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

15 yaşlı qızın və körpəsinin ölümü ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə İTTİHAM – “Hara baxırdınız?”


“Qızım mənə evlənmək istədiyini deyəndə ona uşaq olduğunu dedim. 2 dəfə elçi gəlmişdilər. Oğlanın ailəsinə də dedim ki, “mənim qızım uşaqdır”. Bir gün evə gəlib gördüm ki, qızım ağlayır. Oğlan tərəf onu öyrədibmiş ki, ananı qorxut, de ki, razı olmasa, özünü öldürəcəksən. Mən də məcbur qaldım razı oldum. Dedim 3 il gözləyək, toy 18 yaşından sonra edilər. Nişan etdikdən sonra qaynanası dedi ki, göndər 3 günlük gəlsin bizə, ev-eşiyimizi görsün. Rayonda adətdir deyə, göndərirlər. Mən də tapşırdım ki, getsin, amma 3 gündən artıq qalmasın”.

Qadın bildirib ki, qız 5 gün qaldıqdan sonra qayınanası telefonu əlindən alıb. Anasına isə “o artıq mənim gəlinimdir” deyib.

Yeganə övladını itirən ana oğlanın ailəsindən şikayətçidir. Hamilə olan qızı həmin müddətdə və doğum vaxtı həkimə aparılmayıb:

“İmkan vermədilər mənə. Uşağımı xəstəxanaya aparmağıma imkan vermədilər. Dedilər, uşağı xəstəxanaya aparsan səni də, qızını da öldürərik. Həkim gətir, uşaq evdə doğulsun. Binə sovxozda Gülçin adında həkim gətirdik, 500 manat pul verdik. Körpə ölü doğulmuşdu, dedim, heç olmasa, qızımı xilas edək. Ləmnanın səsi xırıldayırdı, qan içində idi. Təcili Yardım çağırdım, uşağı xəstəxanaya apardıq, amma gec idi”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin