Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub

Hazırda oxunan: Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyulub

602966

Tarixçi alim, professor Cəmil Həsənli Routledge nəşriyyatında (London və Nyu York) çıxan kitabının (The Iranian Oil Crisis and Mossadegh in the Cold War, 1949-1953) may ayının 14-də ABŞ-ın Stanford Universitetində keçiriləcək təqdimatında iştirak edə bilməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə onun üzü bildirib.
 

“Bu təqdimatla bağlı mən bu ilin may ayının ortalarında Amerikaya getməli idim. Lakin “Ramiz Mehdiyev işi” ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti ötən ilin noyabrından mənim ölkədən çıxışıma qadağa – yəni stop qoyub”.


Təqdimata gedə bilməyəcəyini deyən C.Həsənlinin sözlərinə görə, mərasimə sosial media üzərindən onlayn qatılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin