Ağdaşda anasını qətlə yetirən oğlunu polis saxladı.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, martın 23-də saat 06 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.
Araşdırmalarla onun qəsdən kəsici alətlə qətlə yetirildiyi müəyyən olunub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.
Araşdırma aparılır.



Bizim.Media ,Aran bürosu
































































































