Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Hazırda oxunan: Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

602951

Azərbaycan Prezidentinin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə REAL TV-nin rəhbəri Mir Şahin Ağayevin təqdimatında "Mir Şahinin vaxtı" verilişində bildirilib.

Vurğulanıb ki, Prezidentin ailəsini şantaj edən şəxs Salmanov Fərid İlqar oğludur. O, 2003-cü ildən Bakıda yaşayıb, jurnalist kimi "Ayna", "Zerkalo" və "Bizim əsr" qəzetlərində çalışıb.

Qeyd edilib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalarla Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Salmanov Fərid İlqar oğlunun digər şəxslərlə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında digər şəxslər barədə qəsdən yalan, rüsvayedici məlumatlar yayma hədəsi ilə, xüsusən külli miqdarda pul vəsaiti tələb etməsinə əsaslı şübhələr yaranıb.

Belə ki, Fərid Salmanov Azərbaycan vətəndaşları Əliyev Elman Yaqub oğlu, Səlimov Məmmədzəki Məmməd oğlu və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabqacadan əlbir olan bir qrup şəxs halında xüsən küllli miqdarda pul vəsaitinin Azərbaycan Prezidentinin ailə üzvləri barədə yalan məlumatlar yayma hədəsi ilə tələb etmək məqsədilə, əvvəlcədən əldə olunmuş razılığa əsasən, feysbuk sosial şəbəkəsində Fərid Salmanov adı altında qeydiyyatdan keçdiyi istifadəçi hesabı vasitəsilə 11 fevral 2026-cı ildə həmin sosial şəbəkədə Hüseynov Mehman Rafiq oğluna məxsus "Sancaq media" səhifəsinin mesaj bölməsinə səsli mesajlar göndərməklə bu səhifədə, habelə Mehman Hüseynov tərəfindən Youtube sosial şəbəkəsində Məmmədov Qabil Əmrah oğlu tərəfindən idarə olunan "Haqsızlığa susma" adlı səhifədə 3 fevral 2026-cı ildə hissəvi nümayiş etdirilmiş, guya Alena Əliyevaya aid görüntünü özündə əks etdirən saxta videomaterialların istifadə edilməsi ilə bağlı əlaqə saxlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin