Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

Hazırda oxunan: Lənkəranda köçəri quşlar kütləvi tələf oldu - FOTO

602860

Lənkəranda dəniz qarabatdaqlarının kütləvi tələfatı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, dəniz quşlarının tələfatı əsasən şəhərin "Kiçik Bazar" deyilən ərazisində qeydə alınıb.

Köçəri quşlar sahilin müxtəlif hissələrində, xüsusilə iri daşların arasında ölmüş vəziyyətdə aşkarlanır.

Sakinlərin sözlərinə görə, onlar belə kütləvi quş ölümü ilə ilk dəfədir ki, qarşılaşırlar.
 

Mütəxəssislər ehtimal edir ki, dəniz balıqları ilə qidalanan bu quşların kütləvi ölüm halı bir neçə amillə bağlı ola bilər. Bu amillər əsasən qida çatışmazlığı, suyun çirklənməsi, zəhərlənmə, iqlim dəyişiklikləri və eləcə də virus mənşəli xəstəliklər ola bilər.


Qarabatdaq quşlarının ölümünün dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlar tərəfindən araşdırmaların aparılmasının vacibliyi vurğulanır. (Apa.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin