REKORD: Bakı Avtovağzalından 38 613 sərnişin mənzil başına çatdırılıb - SON 3 GÜNDƏ

Hazırda oxunan: REKORD: Bakı Avtovağzalından 38 613 sərnişin mənzil başına çatdırılıb - SON 3 GÜNDƏ

602856

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-ya bildirilib ki, 19-21 martda Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 1 080 reys həyata keçirilib, 38 613 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.
 

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 400-dən çox reys həyata keçirilib.


Sərnişinlərin 60 %-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edərək səfərlərini reallaşdırıb.

Vətəndaşlara mənzil başına daha rahat və təhlükəsiz qaydada çatmaq üçün biletləri onlayn qaydada "biletim.az" portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin