İrandan Azərbaycana indiyədək 2 921 nəfər təxliyə olunub - FOTO

Hazırda oxunan: İrandan Azərbaycana indiyədək 2 921 nəfər təxliyə olunub - FOTO

602854

İrandan fevralın 28-i saat 08:00-dan martın 22-i saat 10:00-dək Azərbaycana ümumilikdə 2 921 nəfər təxliyə olunub.

Bizim.Media xəbər verir ki, təxliyə olunanların 486 nəfəri Azərbaycan vətəndaşıdır.

Eyni zamanda, Çinin 722, Rusiyanın 323, Banqladeşin 198, Tacikistanın 187, Pakistanın 148, Hindistanın 142, Omanın 80, İndoneziyanın 68, İranın 53, İtaliyanın 44, Əlcəzairin 30, İspaniyanın 26, Almaniyanın 23, Kanadanın 22, Fransanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 18, Gürcüstanın 17, Özbəkistanın 15, Polşanın 13, İsveçrənin 13, Nigeriyanın 13, Macarıstanın 12, Bəhreynin 12, Qazaxıstanın 11, Meksikanın 11, ABŞ 11, Böyük Britaniya, Belarus, Bolqarıstan, Konqo Demokratik Respublikasının hərəsinin 10, Braziliya, Sudanın hərəsinin 8, Slovakiya, Belçika, Rumıniya, Birləşmiş Ərəb Əmirliklərinin hərəsinin 6 vətəndaşı təxliyə edilib.
 

Bundan başqa, təxliyə edilənlər arasında Serbiya, Çexiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Yunanıstanın hərəsinin 5, İordaniya, Filippin, Türkiyə, Ukrayna, Şri-lanka, Küveyt, Finlandiya, Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka, Norveçin hərəsinin 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, Kipr, Sloveniya, Myanma, Vyetnamın hərəsinin 2 vətəndaşı var.


İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
 

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.


Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin