Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

Hazırda oxunan: Biləsuvarda şagird üç aya 9 medal qazandı - ABŞ-a gedir

602839

Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəbin şagirdi Ümmügülsüm Nasir qızı Ruhullayeva son 3 ayda qazandığı uğurlarla diqqət çəkib.

Bizim.Media xəbər verir ki, məktəbin direktoru Elşən Ağazadə “Qafqazinfo”ya bildirib ki, Ü.Ruhullayeva qısa müddətdə 9 medal qazanaraq Azərbaycanın adını beynəlxalq arenada layiqincə təmsil edib.

Ümmügülsüm Beynəlxalq “Mathxcel” Riyaziyyat Olimpiadasında qızıl medal əldə edərək ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

O, həmçinin Lütfi Zadə adına iki olimpiadada, eyni zamanda Elm və Təhsil İnstitutunun yarışında qızıl medallara layiq görülüb, sonuncularda isə 100 faiz nəticə göstərib.
 

Bundan əlavə, Paskal və FISO olimpiadalarında gümüş, Kopernik olimpiadasında isə bürünc medal qazanıb”, - direktor əlavə edib.


E.Ağazadənin sözlərinə görə, istedadlı şagird hazırda kitab çap etdirməyə də hazırlaşır.

Xatırladaq ki, bundan əvvəl Biləsuvar rayonu E.Kərimov adına Amankənd kənd tam orta ümumtəhsil məktəbinin 3 şagirdi Respublika Fənn Olimpiadasının (RFO) final mərhələsində iştirak hüququ əldə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin