Göygöldəki partlayışda xəsarət alan şəxsin son durumu

Hazırda oxunan: Göygöldəki partlayışda xəsarət alan şəxsin son durumu

602812

Ötən gün saat 14:30 radələrində 1965-ci il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bizim.Media xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasından apa-ya bildirilib ki, üz nahiyəsinin, hər iki yuxarı ətrafın II və III dərəcəli yanıq xəsarəti diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin