Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

Hazırda oxunan: Cəlilabadda avtomobil körpüdən kanala AŞDI - VİDEO

602792

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Cəlilabad–Yardımlı magistral yolunun rayonun Sərhədabad kəndi ərazisindən keçən hissəsində baş verib.
 

Belə ki, rayon sakini Kamal Quliyevin idarə etdiyi “Opel” markalı avtomobil hərəkətdə olarkən körpü üzərində idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi təxminən 100 metr məsafədən kanala düşüb.


Hadisə yerinə toplaşan kənd sakinləri avtomobildə olan iki nəfəri çıxararaq xilas ediblər. Yerli sakinlərin sözlərinə görə, yolun həmin hissəsində mövcud olan çökəklik tez-tez qəzalara səbəb olur.

Hadisənin dəqiq səbəbləri aparılan avtoekspertiza rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma davam etdirilir.


Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin