Professor Lalə Əlizadə VƏFAT EDİB

Hazırda oxunan: Professor Lalə Əlizadə VƏFAT EDİB

602714

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə APA-ya onun ailəsi məlumat verib.

Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.
 

Qeyd edək ki, Lalə Əlizadə 1950-ci ildə anadan olub. “Azərbaycan müəllimi” qəzetin, Bakıda yerləşən müxtəlif məktəblərdə, 1989-cu ildən isə Azərbaycan Memarlıq və İnşaat Universitetində müəllim kimi fəaliyyət göstərib.


Elmi yaradıcılığı boyu Məhəmməd Füzulinin irsinin araşdırılması ilə məşğul olub. Alimin "Füzulinin gizli sözü" (1989), "Füzulini tədris edərkən" (1995), "Böyük Füzulinin yadigarı" (1996), "Məhəmməd Füzuli" (2009) tədqiqat əsərləri işıq üzü görüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin