Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

Hazırda oxunan: Vahid Ələkbərovun şirkətinin xalis zərəri HƏR KƏSİ şoka saldı

602687

Rusiyanın “Lukoyl” şirkətinin 2025-ci il üçün xalis zərəri 1,06 trilyon rubl təşkil edib və bu, şirkətin tarixində rekord göstəricidir.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, bu nəticələr şirkətin dərc olunmuş maliyyə hesabatlarından irəli gəlir. Sənəddə xarici aktivlərlə bağlı itkilərin nəticələrə əsas təzyiq göstərdiyi göstərilir.

Şirkət izah edib ki, əsas səbəb 2025-ci ilin sonunda ABŞ-nin tətbiq etdiyi məhdudiyyətlərdir. “Lukoyl” xarici aktivlərin itirilməsi ilə bağlı xərcləri 1,667 trilyon rubl olaraq qiymətləndirib.

ABŞ 2025-ci ilin oktyabrında “Lukoyl”-a qarşı sanksiyalar tətbiq edib. Bundan sonra şirkətin səhmləri bir neçə faiz ucuzlaşıb. Noyabr ayında “Lukoyl”un İraqda 1300 işçisinin əmək haqqını gecikdirdiyi bildirilib.
 

Məhdudiyyətlər tətbiq olunmazdan əvvəl şirkət Qazaxıstan, Özbəkistan, Azərbaycan, İraq, Kamerun, Nigeriya, Qana və bir sıra digər ölkələrdə fəaliyyət göstərirdi. “Lukoyl” həmçinin 19 ölkədə yanacaqdoldurma məntəqələri şəbəkəsinə və Avropada neft emalı zavodlarına sahib idi.


2026-cı ilin yanvar ayında şirkət xarici aktivlərini investisiya şirkətinə satmaq üçün ilkin razılaşma imzalayıb və eyni zamanda Səudiyyə Ərəbistanının “Midad Energy” şirkəti ilə danışıqlar aparıb.

Qeyd edilib ki, sanksiyalar səbəbindən gəlirlər ABŞ hesablarında dondurulacaq və “Lukoyl” onlardan istifadə edə bilməyəcək.

2026-cı ilin mart ayında “Lukoyl”ın təsisçisi və əsas səhmdarı Vahid Ələkbərov “Forbes” jurnalı tərəfindən Rusiyanın ən varlı üç adamı arasında yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin