Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

Hazırda oxunan: Motosiklet qəzasında ölən şəxs Şuşa uğrunda döyüşən zabit imiş - FOTO

602683

Ötən gün Xırdalanda motosiklet sürücüsünün ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, 32 yaşlı İsayev Ramin Nürəddin oğlu idarə etdiyi motosikletlə yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində ağər xəsarət alan Ramin İsayev hadisə yerində ölüb.
 

Qeyd edək ki, R. İsayev zabit olub. İkinci Qarabağ Müharibəsi iştirakçısıdır. Baş leytenant rütbəsi ilə xidmət etmiş İsayev Şuşa şəhərinin işğaldan azad edilməsində şücaət göstərən hərbçilərdən biri idi.


Müharibədən sonra “Hərbi xidmətlərə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib. Mərhumun 1 azyaşlı qızı yadigar qalıb. (Qafqazinfo.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin