Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

Hazırda oxunan: Faciəvi qəzada ölən qardaşlar torpağa tapşırıldı – FOTO

602644

Xəbər verdiyimiz kimi, Neftçala rayonunda iki yeniyetmə qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qardaşların nəşi bu gün torpağa tapşırılıb. 
 

MÖVZU İLƏ BAĞLI: 
Bir ailə üçün faciəyə çevrilən BAYRAM – Neftçalada yeniyetmə qardaşların ölümünün TƏFƏRRÜATI – FOTO


Xatırladaq ki, Qazaxbərəsi kəndində qeydiyyatda olan 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu və qardaşı, 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu valideynlərinə məxsus “Nissan” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək şor kanala aşıblar.

Avtomobil kanal kənarındakı qaz borusunu qıraraq suya düşüb. Hadisə qardaşlar mağazadan qayıdarkən, evlərinə təxminən 200 metr məsafə qalmış baş verib.

Nəticədə hər iki qardaş hadisə yerində həyatını itirib. 


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin