Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

Hazırda oxunan: Qonşunun quraşdırdığı kamera sakinin narazılığına səbəb oldu - VİDEO

602537

Sosial şəbəkələrdə yayılan görüntülər növbəti dəfə qonşuluq münasibətlərini müzakirə mövzusuna çevirib.

Bizim.Media xəbər verir ki, vətəndaş qonşusunun qapısı üzərində quraşdırdığı təhlükəsizlik kamerasından narahat olduğunu bildirir. 

Onun sözlərinə görə, kameradan gələn səs gündəlik həyatına mənfi təsir göstərir və şəxsi rahatlığını pozur.

Maraqlıdır, yaşayış binasında təhlükəsizlik kamerası quraşdırılması qanunla necə tənzimlənir? Qonşuların hüquqları harada başlayır və harada bitir?

Hüquqşünas Mircavid Miriyev Baku TV-yə bildirib ki, mənzillərdə təhlükəsizlik kameralarının quraşdırılması ilə bağlı qanunvericilikdə xüsusi qadağa nəzərdə tutulmayıb:
 

"Səs ciddi narahatlıq yaradır və hüquqları pozursa, vətəndaş qonşusuna müraciət edərək səsin azaldılmasını tələb edə bilər. Texniki baxımdan bu mümkün olmadıqda isə cihazın dəyişdirilməsini istəmək hüququ var. Hüquqlarının müdafiəsi üçün məhkəməyə mülki qaydada müraciət etmək də mümkündür".


Mütəxəssislər qeyd edirlər ki, təhlükəsizlik məqsədilə kamera quraşdırılması qanunla qadağan olunmasa da, bu zaman digər sakinlərin hüquq və mənafeləri mütləq nəzərə alınmalıdır.

Xüsusilə səs-küy və şəxsi həyatın toxunulmazlığı ilə bağlı narahatlıqlar yaranarsa, məsələ müvafiq qurumlar tərəfindən araşdırıla bilər. Belə hallarda tərəflər arasında razılıq əldə olunmadıqda hüquqi müstəvidə həll yollarına müraciət etmək tövsiyə olunur.

Daha ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin