Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

Hazırda oxunan: Yuxu keyfiyyətini pozan əsas səhvlər AÇIQLANDI

602534

Yuxu üzrə mütəxəssis Sofi Bostok yuxu keyfiyyətinin aşağı düşməsinə səbəb olan ən yayılmış səhvləri açıqlayıb.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, həm yuxuya laqeyd yanaşmaq, həm də ona həddindən artıq fokuslanmaq sağlam yuxuya mane olur.

Mütəxəssis bildirir ki, iş, əyləncə və ya ünsiyyət naminə yuxudan imtina etmək orqanizmə ciddi zərər verir. Digər tərəfdən, yuxunun keyfiyyəti barədə daim narahat olmaq da əks təsir göstərərək yuxusuzluğa səbəb ola bilər.

Bostok qeyd edir ki, “yatmağa çalışmaq” özü belə stress yaradır və beyni yüksək ayıqlıq vəziyyətində saxlayır. Bu isə yuxuya getməyi çətinləşdirir.

Yaxşı yuxu üçün mütəxəssis hər gün eyni saatda oyanmağı, gün ərzində açıq havada vaxt keçirməyi və yatmazdan əvvəl sakit mühit yaratmağı tövsiyə edir.

Həmçinin yatmazdan ən azı bir saat əvvəl smartfondan uzaq durmaq yuxunun keyfiyyətini artırmağa kömək edir. (e-saglam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin