Bu gün Azərbaycanda Novruz bayramıdır

Hazırda oxunan: Bu gün Azərbaycanda Novruz bayramıdır

602532

Bu gün - martın 20-si Azərbaycanda Novruz bayramınının ilk günü qeyd edilir.

Bizim.Media xəbər verir ki, Azərbaycanda Novruz bayramı və ya Milli yeni il bayramı baharın gəlişinin qeyd edilməsi ilə bağlıdır.

Adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.
 

Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox qədim zamanlara — Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər.


Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən "Xıdır İlyas" (məhsuldarlıq, çiçəklənmə rəmzi), "Kos-kosa" — meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.

Bu bayram 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu gün də evlərdə bayram süfrəsi açılır, ləziz təamlar bişirilir, xonça bəzədilir və süfrəyə bayramın əsas atributlarından sayılan şəkərbura, qoğal, paxlava qoyulur.

Qeyd edək ki, yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 18:45:53-ə təsadüf edəcək. Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq: "Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.

Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq".

Bizim.Media-nın dəyərli oxucuları, xalqımızın gözəl adət-ənənələrini özündə cəmləşdirən Novruz bayramınızı təbrik edir, sizlərə bolluq, sevinc və xoş günlər arzu edirik! Bayramınız mübarək!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin