Vüqar Səfərlinin apellyasiya şikayəti üzrə məhkəmə başladı

Hazırda oxunan: Vüqar Səfərlinin apellyasiya şikayəti üzrə məhkəmə başladı

0:00
0:00
60253

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və onunla ittiham olunan Nadir Məmmədov, Şahin İbrahimov və Telman Tahirovun hökmdən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Bizim.Media-nın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Prosesdə Vüqar Səfərlinin vəkili Hikmət Əliyev vəsatət qaldıraraq məhkəmə baxışının qismən istintaqla keçirilməsini istəyib.
 

MÖVZU İLƏ BAĞLI:

Vüqar Səfərlinin şikayəti icraata verildi 


Məhkəmə vəsatətə qarşıdakı iclaslarda baxıla biləcəyini bildirib. Məhkəmənin növbəti iclası martın 1-ə təyin olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 

Həmçinin hökmə əsasən, keçmiş icraçı direktorun əmlaklarına həbs qoyulub.

Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin "Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib. 

Hökmdən narazı qalan V.Səfərli apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin