AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirovun həbsinin təfərrüatları məlum olub.
Bizim.Media-nın Lent.az-a istinadən verdiyi xəbərə görə, ötən həftə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan E.Əmirov barəsində çoxsaylı şikayətlər olub.
Şikayətlər əsasən, E.Əmirovun işə düzəltmək adı ilə pul yığması ilə bağlı olub. İddia olunur ki, o, pulla işə adam düzəldirmiş.
Lakin E.Əmirovun başqa əməllərinin də üstünün açılacağı istisna edilmir.
Daha bir məlumata görə isə E.Əmirov barəsində artıq məhkəmə qərarı var. Belə ki, Nərimanov rayon Məhkəməsi E. Əmirov barəsində 30 sutka həbs qərarı çıxarıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:21 / 15.02.2022
Ramiz Mehdiyevin köməkçisinin həbs səbəbi bilindi - Çoxsaylı şikayətlər var
Hazırda oxunan: Ramiz Mehdiyevin köməkçisinin həbs səbəbi bilindi - Çoxsaylı şikayətlər var
Hazırda oxunan: Ramiz Mehdiyevin köməkçisinin həbs səbəbi bilindi - Çoxsaylı şikayətlər var
60247
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.