Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

Hazırda oxunan: Şuşa şəhərində Novruz bayramı belə qeyd edildi - FOTO

602457

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə Novruz bayramı münasibətilə tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktoru Tural Novruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəbin müəllim və şagirdləri, şəhər sakinləri, valideynlər iştirak ediblər.
 

Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şuşa şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Səbinə Gözəlova çıxış edərək iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib, onlara cansağlığı və firavanlıq arzulayıb.


Bayram tədbiri şagirdlərin ifasında şən və rəngarəng proqramla davam edib. Novruzun əvəzolunmaz personajları olan Keçəl və Kosanın çıxışları, təqdim olunan rəqslər, səhnəciklər və musiqi nömrələri maraqla qarşılanıb.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin