Xəbər verdiyimiz kimi, ARB TV-də yayımlanan Xoşqədəm Hidayətqızının "Səni axtarıram", Zaur Kamalın "Həmin Zaur", ATV-də isə Zaur Baxşəliyevin "Bizimləsən" proqramlarının yayımı dayandırılıb.
Bizim.Media “axşam.az”a istinadla xəbər verir ki, artıq ötən gün proqramlar yayımlanmayıb.
ARB TV-də "Səni axtarıram"ın əvəzinə "Söhbət var", "Həmin Zaur"un yerinə isə "İzzət şou"nun təkrarı gedib. ATV-də isə "Bizimləsən" verilişinin saatında "Bəxt üzüyü" filmi göstərilib.
Qeyd edək ki, ATV kanalında "Rəngarəng" proqramının da yayımı dayandırılıb.



Bizim.Media


































































































