DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti UZADILDI

Hazırda oxunan: DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti UZADILDI

602411

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun həbs müddəti uzadılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.
 

Məhkəmənin qərarı ilə Saleh Səmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.


Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham olunur.

Qeyd edək ki, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

O, həmçinin ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin