Tovuzda baş verən dəhşətli qətlin təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, mərhum Qamət Əliyev hadisədən əvvəl oğlu Ceyhun Əliyevlə Bakidan Tovuz rayonu Hunanlar kəndindəki evlərinə gediblər.
Kənddən verilən məlumata görə, C.Əliyevin psixoloji problemləri olduğu üçün o, bir müddət Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatriya xəstəxanasında müalicə alırmış.
MÖVZU İLƏ BAĞLI:
Tovuzda 75 yaşlı kişinin qətli ilə bağlı YENİ DETALLAR açıqlandı
C.Əliyev ailəli olub və onun 10-15 gün öncə 2-ci uşağı dünyaya gəlib.
Atası oğlunu Bakıdan Tovuz rayonuna övladını görməsi üçün gətirdiyi bildirilir. Hadisə baş verməmişdən bir qədər öncə ata və oğul evdə tək olublar.
C.Əliyev “Niyə məni psixi xəstəxanaya qoyubsuz” deyərək “Vinçestr” silahı ilə atasını arxadan güllələyib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs özü polisə zəng edərək cinayət hadisəsini törətdiyini bildirib.
Qonşuların sözlərinə görə, ata və oğul arasında daha əvvəl ciddi münaqişə olmayıb. Mərhum Qamət Əliyev əvvəllər nəqliyyat sahəsində yüksək vəzifələrdə çalışıb. Onun iki oğlu və bir qızı var.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media