Xəbər verildiyi kimi aktrisa Üzel Kərimovanın başına iş gəlib.
Bu barədə o özü paylaşım edib. Aktrisanın sözlərinə görə ötən gün əyləndikləri məkanda rəfiqəsinin həyat yoldaşına 4 nəfər xəsarət yetirib. Dostunun əri hadisədən sonra xəstəxanaya yerləşdirilib.
MÖVZU İLƏ BAĞLI:
Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO
Məsələ ilə bağlı Daxili işlər Nazirliyindən Bizim.Media-ya açıqlama verilib. Bildirilib ki, martın 18-i axşam saatlarında paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən restoranda baş vermiş insidentlə bağlı araşdırma aparılır.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü V.Osmanov, 1996-cı il təvəllüdlü K.Kazımlı, 1998-ci il təvəllüdlü F.Kazımlı və 1985-ci il təvəllüdlü E.Kazımov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.
Hazırda istintaq hərəkətləri davam etdirilir.
Bizim.Media































































































