Bakının bu ərazisində ilk dəfə yeni svetoforlar quraşdırıldı

Hazırda oxunan: Bakının bu ərazisində ilk dəfə yeni svetoforlar quraşdırıldı

602368

Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində ilk dəfə yeni svetoforlar quraşdırılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat verib.
 

Bildirilib ki, paytaxtın Yasamal rayonu, Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən "L" və "A" tipli dirəklərindən ibarət olmaqla, nəqliyyat və piyada bölməli 9 ədəd svetofor dirəyi quraşdırılıb.


Bir neçə dəqiqədən sonra yol hərəkəti iştirakçılarının istifadəsinə verilən yeni svetoforlar Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti və "20 Yanvar" dairəsi istiqamətində birbaşa çıxışı təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin həyata keçirdiyi layihəsi çərçivəsində quraşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin