Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Hazırda oxunan: Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

602365

Türkiyənin Sakarya vilayətinin Arifiye rayonunda Azərbaycan vətəndaşı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, yerli medianın məlumatına görə, Fatih məhəlləsində naməlum şəxs və ya şəxslər 30 yaşlarında olan Azərbaycan vətəndaşını əvvəlcə döyüb, daha sonra birinci mərtəbənin eyvanından atıblar.
 

Hadisənin axşam saatlarında baş verdiyi bildirilir. Ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar dərhal təcili yardım və polisə məlumat veriblər. Yaralı ilk tibbi yardımdan sonra xəstəxanaya aparılıb.


Yerli xəbərlərdə zərərçəkənin adının S.A. kimi göstərildiyi qeyd olunur. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb və hücumu törədən şəxs və ya şəxslərin axtarışı davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin