Mütəxəssislər mobil telefon istifadəçilərinə ciddi xəbərdarlıq ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə “TechNews” məlumat yayıb.
Araşdırmalara görə, bəzi tətbiqlər istifadəçilərin şəxsi məlumatlarını gizli şəkildə toplayaraq üçüncü tərəflərə ötürə bilər.
Məlumata əsasən, xüsusilə üç növ tətbiq daha riskli hesab olunur. Birinci qrup “gizli izləyici” funksiyası daşıyan proqramlardır. Bu tətbiqlər istifadəçinin yerləşdiyi məkan, gündəlik fəaliyyəti və digər şəxsi məlumatlarını arxa planda izləyərək toplayır.
İkinci kateqoriyaya telefonun performansını zəiflədən proqramlar daxildir. Belə tətbiqlər cihazın sürətini azaldır, batareyanın tez tükənməsinə səbəb olur və istifadəçiyə çox sayda reklam göstərir.
Üçüncü qrup isə “təmizləyici” və ya “sürətləndirici” kimi təqdim olunan proqramlardır.
Mütəxəssislər bildirir ki, bu cür tətbiqlər əksər hallarda faydasızdır və telefona əlavə risk yarada bilər. (globalinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:11 / 19.03.2026
Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT
Hazırda oxunan: Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT
Hazırda oxunan: Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT
602356
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































