Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Hazırda oxunan: Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

602318

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xanobaya qayıdan kənd sakinləri ilə görüşüblər.

 

MÖVZU İLƏ BAĞLI:   

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO


Bizim.Media xəbər verir ki, sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənd sakinləri ilə söhbət ediblər:

Prezident İlham Əliyev: Siz harada yaşamısınız?

Sakin: Biz Füzuli rayonunun Yuxarı Veysəlli kəndində.

Prezident İlham Əliyev: Yuxarı Veysəlli?

Sakin: Bəli.

Prezident İlham Əliyev: Hə, təmas xəttinə yaxın.

Sakin: Cənab Prezident, yalın o biri üzündədir.

Prezident İlham Əliyev: Aşağı Veysəlli o, anklav idi.

Sakin: Bəli, neytral zona idi. Biz Aşağı Veysəllidən gəlib baxırdıq buralara, həsrətlə baxırdıq. Mənim buradan çıxanda yeddi yaşım var idi. Deyirdim ki, görəsən, biz bu dağlara qayıda biləcəyik? Sizin sayənizdə, şəhidlərimizin sayəsində gəldik, bu gün buradayıq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin