"Altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm" - Prezident

Hazırda oxunan: "Altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm" - Prezident

602313

“Doğrudan da böyük xoşbəxtlikdir. Artıq iki ildir ki, bu diyar işğalçılardan azad olunub, Xanoba kəndi 2023-cü ilin sentyabr ayında işğaldan azad edilmişdir və bundan sonra artıq bərpa işləri başlanmışdır, evlər yenidən tikildi-quruldu, bütün şərait yaradıldı”.
 

MÖVZU İLƏ BAĞLI:  

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində sakinlərlə söhbəti zamanı bildirib.

“Yəni bu şanlı Zəfərimiz artıq neçə ildir bizim qürur mənbəyimizdir. Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir” - deyə, dövlət başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin