Polad Bülbüloğludan müəllimlərlə bağlı TƏKLİF

Hazırda oxunan: Polad Bülbüloğludan müəllimlərlə bağlı TƏKLİF

602217

Müəllimlər 5 ildən bir attestasiyadan keçməlidir. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən ictimai dinləməsində Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib.
 

“Attestasiyadan keçməyən müəllimlər bura şikayətə gəlmişdilər. Biz burda millət vəkilləri olaraq insanları qəbul edir, onları dinləyirik. Lakin mən musiqiçi olaraq onlara sual verəndə görünürdü ki, attestasiya düzgün nəticələr verir”.


Komitə sədri vurğulayıb ki, son keçirilən attestasiya imtahanları ciddi nəticə verdiyindən, bu imtahanlar mütəmadi olaraq 5 ildə bir dəfə və ya 7 ildə bir dəfə keçirilməlidir.

Polad Bülbüloğlu bildirib ki, mədəniyyət sahəsində olan şəxslərdə insanlıqdan başqa istedad olmalıdır.

"Bu istedad hər insanda olmur, bu səbəbdən də bölgələrdən istedadlı uşaqlar Bakıda oxumağa göndərilməlidir", - o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin