İbrahim Əhmədov YÜKSƏK vəzifəyə təyin edildi

Hazırda oxunan: İbrahim Əhmədov YÜKSƏK vəzifəyə təyin edildi

602189

"Azərpoçt”da yeni kadr təyinatı həyata keçirilib. 

Bizim.Media xəbər verir ki, İbrahim Əhmədov "Azərpoçt” MMC-də Müştəri Dəstəyi Departamentinin direktoru vəzifəsinə təyin edilib.

İ.Əhmədov bundan əvvəl, 2024-2026-cı illərdə "Azərpoçt”da Müştəri Xidmətləri şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
 

2014-2024-cü illər müddətində "Azərcell Telecom”da Bakı Müştəri Dəstək Xətti üzrə komanda nümayəndəsi, Təlim bölməsi üzrə mütəxəssis, Müştəri və Rəqəmsal Dəstək komandası rəhbəri vəzifələrini icra edib.


O, 2005-2009-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində informasiya və riyaziyyat ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda isə 2022-ci ilin noyabr ayından etibarən Atatürk Universitetində biznesin idarə edilməsi üzrə bakalavr proqramı üzrə təhsilini davam etdirir. (Valyuta.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin