Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 419 nömrəli qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 ay çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək.
Bu barədə Səhiyyə Nazirliyinin rəsmisi Təyyar Eyvazov Bizim.Media-a açıqlamasında deyib. Nazirliyin rəsmisi qeyd edib ki, yeni koronavirus infeksiyasını keçirmiş və immun sertifikat əldə etmiş şəxslərin də buster doza qəbul etmə şərtləri peyvənd sertifikatı olan şəxslərlə eynidir.
- Bəs, COVID-19-dən yenicə sağalmış insanların buster doza vurdurması şərtdirmi?Koronavirus xəstəliyi keçirmiş şəxslərin 3-cü doz vaksinasiya olunması tövsiyə edilirmi?
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda bu gündən bu şəxslər toylara buraxılmayacaq
- İki doz almış hər hansı şəxs COVİD-ə yoluxarsa və bu qeydə alınarsa, onun buster doz alma müddəti 6 aya qədər ertələnə bilər. Amma 6 ay içində onun buster doz alması mütləqdir ki, peyvənd sənədi müddətsiz hesab olunsun.
Baş infeksionist iki doza Sinovac vaksindən sonra buster dozanı Pfizer seçmək istəyən, lakin tərəddüd edənlər üçün də bildirib ki:
“COVID-19 əleyhinə istifadəsinə icazə verilmiş hər hansı bir peyvəndin iki dozu vurulduqdan 5-6 ay sonra buster doza kimi ilkin vurulan peyvəndin növündən asılı olmayaraq istənilən bu tip peyvənd vurula bilər. Yəni, iki doza koronavak peyvəndi vurdurmuş şəxs üçüncü doz kimi Pfizer-Biontech peyvəndini vurdura bilər.
İstənilən halda əvvəllər peyvənd vasitəsi ilə əldə olunmuş və zaman kəsiyində zəifləmiş süni immunitet yenidən güclənir və şəxs xəstələnmədən daha etibarlı görünür. Buster dozanın yan təsirləri (verə biləcəyi zərər) çox nadirdir və əvvəlki dozaların vurulması zamanı rast gəlinən hallardan çox deyil”.
Mia Quliyeva, Bizim.Media