Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

Hazırda oxunan: Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

602131

Səbail rayonunda yük avtomobilindən 370 manat və bank kartının oğurlaması barədə polisə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 50 yaşlı M.Hüseynov müəyyən olunaraq saxlanılıb.
 

Araşdırma zamanı məlum olub ki, o, avtomobilin qapısının açıq qalmasından istifadə edərək pulu və sənədləri oğurlayıb.


Bundan başqa, saxlanılan şəxsin başqa bir vətəndaşa məxsus yük avtomobildən isə 460 manat oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin