DTX Prezidentin ailəsini şantaj edən şəxsi SAXLADI - VİDEO

Hazırda oxunan: DTX Prezidentin ailəsini şantaj edən şəxsi SAXLADI - VİDEO

602107

Bu ilin əvvəlindən xaricdə yaşayan blogerlər Mehman və Emin Hüseynovlar, Qabil Məmmədov Alena Əliyeva barəsində müxtəlif internet platformalarında böhtan xarakterli məlumatlar yaymağa başladılar. Hətta Mehman Hüseynov canlı yayımların birində bir neçə saniyəlik şəkil fraqmenti nümayiş etdirdi. 

Bizim.Media xəbər verir ki, bununla bağlı İctimai Televiziya (İTV) videomaterial hazırlayıb.

Qeyd edilir ki, blogerlərin internetdə qarayaxma kampaniyasının başlaması ilə təxminən eyni vaxtda Azərbaycanın yüksəkvəzifəli şəxsləri ilə bir nəfər sosial media hesabları, xaricdə qeydə alınmış mobil nömrələr vasitəsilə əlaqə saxlamağa çalışır. 

Xaricdə olan bu şəxs həmin adamları guya Alena Əliyevaya məxsus olması iddia etdiyi kadrlarla şantaj edir.
 

Faktla əlaqədar Dövlət Təhlükəsizlik Xidmətində (DTX) cinayət məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanır. Əməliyyat nəticəsində əməli törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F. S. saxlanılır. İstintaqa ifadəsində o, cinayəti törətdiyini etiraf edir. 


Daha ətraflı videomaterialda: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin