Novruzun ən ilginc FALLARI – Dəli ola bilərsiniz...

Hazırda oxunan: Novruzun ən ilginc FALLARI – Dəli ola bilərsiniz...

602077

Bu gün Novruz bayramının  son çərşənbə - İlaxır (Torpaq) çərşənbəsidir. İlaxır çərşənbəsini daha maraqlı edən amillərdən biri də qədim inanclardır.

Bu bayramda xüsusilə, subay qızlar əyləncə məqsədilə müxtəlif üsullarla fallarına baxır, bu fallarda gələcəyə dair işarələr axtarır və əylənirlər.

Bizim.Media xəbər verir ki, İlaxır çərşənbəsinin maraqlı falları isə aşağıdakılardır:

Qulaq falı

Axır çərşənbə gecəsi bir arzu tutub daha sonra qonşunun qapısına qulaq asılır. İlk eşitdiyiniz söz və cümlə arzunuzun reallaşıb-reallaşmayacağına işarət edir.

Yaxşı söz eşitsəniz niyyətiniz həyata keçəcək

Duzlu kökə

Son çərşənbədə subay qız yatmazdan əvvəl duzlu kökə hazırlayır. Kökə nə qədər duzlu olsa da, onu yedikdən sonra su içmədən yatır. İnanclara görə, yuxuda ona su verən şəxs qisməti sayılır.

Üzük falı

Bir su dolu stəkan götürülür. Saç telinə nişanlı qızın üzüyü keçirilir və suyun üzərində saymağa başlanaraq sallanır. İnanca görə, üzük stəkanın divarına neçə dəfə dəyərsə, həmin yaş onun qismətinin açılacağı il hesab olunur.

Su falı

2 stəkan götürüb ürəyinizdə arzu tutursunuz. Yaxınlarınızdan biri həmin stəkanlardan birini su ilə doldurur. Əgər su sizin seçdiyiniz stəkana doldurulubsa, deməli, arzunuz reallaşacaq.

Başmaq falı

İlaxır çərşənbə axşamı subay qız başmağını başı üzərindən qapıya tərəf atır. İnanclara görə, əgər başmağın ön hissəsi qapıya tərəf düşürsə, demək subay qız bu il evlənəcək.

Alma falı

Bu günə inanclardan biri də alma falıdır. Bir ədəd alma yeyilir və toxumları yastığın altına qoyulur. İnanca görə, həmin gecə subay qızın yuxusuna evlənəcəyi şəxs gəlir.

Güzgü falı

İlaxır çərşənbədə subay qızlar otaqda tək qalaraq şam yandırıb güzgü qarşısında dayanır. İnanca görə, güzgüdə gələcək həyat yoldaşının əksi görünür. Bu falı həyata keçirmək isə qorxulu və təhlükəli hesab olunur. Deyilənlərə görə güzgü falını sınayanlar arasında xəstəlik və psixoloji sarsıntı keçirənlər də olub. 

Şam falı

Bu gün 1 qaba su tökülür və şam yandırılır. Şamı suya tərəf əyərək yaşınız qədər sayırsınız. Şam damcıları ilə suyun üzərində qismətinizin baş hərfi yazılır.

Ay falı

Subay qız heç kimlə danışmadan əlində güzgü tutaraq həmin güzgüdə aya baxır. Güzgüdə qızın evlənəcəyi şəxsin siması əks olunur. Bu falı etmək də qorxlu sayılır. Axır çərşənbə günü niyyət tutulur və ağacın altına bir yumurta və bir qırmızı, bir qara karandaş qoyulur.

Səhər yumurtanın üzərində xətt görülür. Bu xətt qırmızıdırsa, arzunuz reallaşır, əgər qara rəngdədirsə, demək arzunuz reallaşmaya bilər. Bu fal da bir qədər qorxulu hesab olunur və həyata keçirməmək tövsiyə edilir.

Alma qabığı falı

Alma qabığı bir yerdə kəsilmədən uzun-uzadı soyulur. Daha sonra bu qabıq baş üzərindən arxaya doğru atılır. Yerə düşən qabığın forması gələcək həyat yoldaşınızın baş hərfinə bənzəyir.

Su falı

Bir su dolu qaba pul, üzük  və düymə atılır. Gözünüzü yumub birini götürürsünüz.  Pulu götürsəniz, mal-mülkünüz artacaq, üzüyü götürsəniz, həmin il qismətiniz açılacaq, düymə götürsəniz, yeni geyimlər alacaqsınız.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin