Əli Həsənovun oğlunun erməni ortaqları – FOTOFAKT  

Hazırda oxunan: Əli Həsənovun oğlunun erməni ortaqları – FOTOFAKT  

60205

Xəbər verdiyimiz kimi, Azərbaycanı tərk edərək ABŞ-a köçən Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Florida ştatının ikinci ən böyük şəhəri olan Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən “Zylberglait Group”da işə düzəlib. 



Bizim.Media-nın araşdırmasına görə, Mayamidə fəaliyyət göstərən “Zylberglait Group” ABŞ-ın və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan “Marcus and Millichap” şirkətinin yerli ofisi hesab olunur.

Qeyd etmək vacibdir ki, “Marcus and Millichap” şirkətinin Mayami ofisində maliyyə analitiki vəzifəsində çalışan Şamxal Həsənlinin iş ortaqları arasında çoxsaylı ermənilər var.
 

MÖVZU İLƏ BAĞLI:

Əli Həsənovun oğlu ABŞ-da nə işlə məşğuldur? – SON MƏLUMAT




“Marcus and Millichap”də yüksək vəzifələrdə çalışan ermənilərdən biri Simon Qriqoryandır. Simon Qriqoryan özünün “LinkedIn” sosial şəbəkə hesabında 2010-cu ildən Şamxal Həsənlinin də yaşadığı Florida ştatında yerləşən erməni kilsəsinə yardımlar etdiyini qeyd edib. Qriqoryan erməni kilsəsinin bərpasına yardım göstərdiyini və hazırda ayda bir dəfə könüllü kimi kilsənin işlərində yaxından iştirak etdiyini də əlavə edib.



Şamxal Həsənlinin iş ortaqlarında olan başqa bir erməni – Stefan Çraqçyan daha əvvəl ABŞ-da erməni diasporasının mərkəzi olan Qlendeyl şəhərində çalışıb. Stefan Çraqçyan da erməni diasporasının aktiv fəallarından hesab olunur. Çraqçyan özünün “LinkedIn” hesabında “profil şəkili” kimi Qlendeyldə yerləşən Brand kitabxanasının fotosunu yerləşdirib.

Bu kitabxana erməni diasporunun əsas təbliğat mərkəzlərindən hesab olunur. Erməni diasporu hər il aprel ayının 24-də bu tarixi kitabxanada qondarma erməni soyqırımının anım gününü qeyd edir. 



Adı çəkilənlərdən əlavə, Sevak Keşişyan da “Marcus and Millichap”ın Los Anceles ofisində məsul vəzifədə çalışır. Eyni zamanda şirkətin Palo Alto fililaının vitse-prezidenti də erməni əsilli Armond Ayvazyandır.



Xatırladaq ki, Şamxal Həsənlinin də adı KİVDF-nin sabiq sədri Vüqar Səfərlinin məhkəmə prosesində tez-tez hallanıb.

Prosesin gedişində Əli Həsənovun oğlu Şamxal Həsənli və baldızı Gülər Vəliyevanın məhkəməyə şahid kimi dəvət olunması ilə bağlı vəsatət qaldırılıb.

Belə ki, şahidlərdən Kəmaləddin Abdullayev deyib ki, V.Səfərlini və digər təqsirləndirilən şəxslərdən bir neçəsini tanıyır. Mühasib çalışan Abdullayev bir dəfə Şamxal Həsənliyə 600 min manat, Gülər Vəliyevaya isə 580 min AZN verdiyini iddia edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin