Hövsanda tanışını qətlə yetirən şəxs HƏBSDƏ ÖLDÜ

Hazırda oxunan: Hövsanda tanışını qətlə yetirən şəxs HƏBSDƏ ÖLDÜ

602044

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilənn prosesdə təqsirləndirilən şəxsin müalicə aldığı Ədiyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində vəfat etdiyi məlum olub.
 

Bildirilib ki, təqsirləndirilən Emil Hüseynov bu il fevralın 24-də vəfat edib. Məhkəmə heyəti şəxsin vəfat etməsi əsasında Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsi (cinayət təqibini istisna edən hal) ilə işə xitam verilməsi barədə qərar qəbul edib.


Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Hövsan qəsəbəsində baş verib. Təqsirləndirilən Emil Hüseynovun tanışı Rasim Lariyonov arasında şəxsi münasibətlər zəmində baş verib. Mübahisə nəticəsində Emil Hüseynov Rasim Lariyonovu bıçaqla qətlə yetirib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin