Dərsdən qaçmaq istəyərkən özünü pəncərədən atan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Dərsdən qaçmaq istəyərkən özünü pəncərədən atan şagirdlə bağlı RƏSMİ AÇIQLAMA

602035

Xəbər verildiyi kimi Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən Cəmil Niftəliyev adına 233 saylı məktəbdə hadisə baş verib. Məktəbin 8-ci sinif şagirdi dərs vaxtı məktəbdən qaçmaq istəyərkən özünü 2-ci mərtəbədən atıb. Nəticədə o, müxtəlif dərəcəli xəsarətlər alıb.
 

MÖVZU İLƏ BAĞLI:

 Şagird dərsdən qaçmaq istədi – XƏSARƏT ALDI


Məsələ ilə bağlı Bizim.Media-ya Bakı Şəhər Təhsil İdarəsindən -açıqlama verilib.

Bildirilib ki, 233 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) martın 17-də dərsdən qaçmaq istəyərkən II mərtəbinin pəncərəsindən yıxılıb:

“Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.
 

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.


İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin