Deputatdan uşağını döyən valideynlərin cərimələnməsinə ETİRAZ

Hazırda oxunan: Deputatdan uşağını döyən valideynlərin cərimələnməsinə ETİRAZ

602023

“Tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə valideynlərin məsuliyyətə cəlb olunmasının əleyhinəyəm. Hesab edirəm ki, bu, çox təhlükəli bir qanundur. Güclü ailə bizim milli kimliyimizin əsasını təşkil edir. Məsələ ondadır ki, bu maddə faktiki olaraq ailə bütövlüyünün, valideynlərlə uşaqlar arasındakı münasibətlərin zəifləməsinin başlanğıcına çevrilə bilər. Onsuz da bu sahədə problemlərimiz var və onları daha da dərinləşdirmək yox, həll etmək lazımdır”.
 

MÖVZU İLƏ BAĞLI: 

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?


Bizim.Media xəbər verir ki, bunu deputat Nigar Arpadarai parlamentin bugünkü iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, 80-ci illərdən etibarən Avropada və bir sıra Qərb ölkələrində bu qanunlar qəbul olunur və bir çox ölkələr bu prosesə qoşulub:

“Həmin ölkələrin siyahısına baxsanız, onların əksəriyyətində demoqrafik vəziyyətin ağır olduğunu görərsiniz. Həmin ölkələrdə ailələrin olan neqativ halların yaranmasında belə qanunların kifayət qədər böyük rolu var. Dünyada böyük ideoloji mübarizə gedir və ənənəvi ailə institutu bu mübarizənin hədəflərindən biridir.
 

Bu cür qanun isə bir növ aldadıcı mexanizm rolunu oynayır. O, uşaqların hüquqlarının qorunması illüziyası yaratmaq üçün təqdim olunur, lakin əslində sağlam ailələrin uşaqlara verdiyi qorumanı zəiflətməyə və dağıtmağa gətirib çıxarır.


Təbii ki, mən uşaqlara qarşı fiziki cəzanın qəti əleyhinəyəm. Biz tərbiyə məqsədilə fiziki cəzalara qarşı mübarizə aparmalıyıq. Amma bunu belə problemli qanunu qəbul etməklə deyil, insanların maarifləndirilməsi yolu ilə etməliyik”.

Günay Şahmar, Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin