Növbəti köç karvanı Xocavənd kəndinə çatdı - FOTO

Hazırda oxunan: Növbəti köç karvanı Xocavənd kəndinə çatdı - FOTO

602008

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Xocavənd kəndinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.
 

MÖVZU İLƏ BAĞLI:

Onlar da doğma yurdlarına qayıdırlar - FOTO


Bizim.Media xəbər verir ki, bu gün Xocavənd kəndi 11 ailə olmaqla, 36 nəfərə qucaq açıb.

İlaxır çərşənbədə yurda qədəm qoyan ailələr üçün ikiqat bayram sevinci olub. Yeni köçən ailələr həm yurda qovuşmağın, həm də bayramın sevincini yaşayıblar.
 

Qeyd edək ki, kənddə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.


Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin