Abşeronda iş yoldaşını qətlə yetirən şəxsdən XƏBƏR VAR

Hazırda oxunan: Abşeronda iş yoldaşını qətlə yetirən şəxsdən XƏBƏR VAR

60200

Abşeronda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elnur Salmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Bizim.Media xəbər verir ki, iş baxılması üçün Sumqayıt şəhər Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinə hakim Fəhmin Hümbətovun sədrliyi ilə baxılacaq, məhkəmə iclasının vaxtı hələ məlum deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda fəhlə iş yoldaşını ÖLDÜRDÜ 


Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında qeydə alınıb. Belə ki, E.Salmanov “Sunfood” MMC-yə məxsus anbarda şəxsi münasibətlər zəminində mübahisə zamanı Şahin İslamova bıçaqla xəsarət yetirib, nəticədə o, aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və E.Salmanov saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin