Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ – Müavinətlərlə bağlı deputatdan AÇIQLAMA

Hazırda oxunan: Çoxuşaqlı ailələrin DİQQƏTİNƏ – Müavinətlərlə bağlı deputatdan AÇIQLAMA

601985

“Hazırda Azərbaycanda 1 milyon 99 min pensiyaçı qeydiyyatdan keçib və bu ölkə əhalisinin 10.7 faizi deməkdir. Pensiyaçıların 65 faizi yaşa görə pensiya alır”.
 

MÖVZU İLƏ BAĞLI: 

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?


Bizim.Media xəbər verir ki, bunu deputat Vüqa Bayramov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Deputat pensiya məbləğlərində artım tendensiyasının davam etdiyini vurğulayıb:

“2025-ci ildə pensiya məbləğləri 9.1 faiz artaraq 541.6 manata çatıb. Yaşa görə pensiya məbləğində 8.9, əlilliyə görə pensiya məbləğində 8.7, ailə başçısını itirməyə görə pensiya məbləğində isə 9.4 faiz artım qeydə alınıb. Aylıq sosial müavinət alanları sayı 4.1 faiz artıb. Hazırda 472 min vətəndaşımız aylıq müavinət alırlar”.

O, həmçinin, çoxuşaqlı ailələrə də dəstəyin davam etdiyini qeyd edib:

“Çoxuşaqlı ailələrin dəstəklənməsi prioritet olaraq qalmaqdadır. Çoxuşaqlı ailələrdə aylıq müavinət alan uşaqların sayında 7.3 faiz artım qeydə alınıb. 1 yaşınadək uşağı olan və aylıq müavinət alan ailələrin sayında isə 17.6 faiz artım olub.
 

Əlilliyi olan övladlığa götürülən uşaqların sayı isə 40 faiz artıb. İnkluzivliyi dəstəkləyən bu humanitar fəaliyyət əlilliyi olan daha çox uşaqların övladlığa götürülməsi imkan yaratmışdır.


2026-cı il yanvarın 1-i vəziyyətinə 76,1 min aztəminatlı ailənin 336,0 min üzvü ünvanlı dövlət sosial yardımı almışdır ki, bu vəsaitlər ödənilən zaman ailədəki uşaqların sayı da nəzərə alınır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin