Sosial şəbəkədəki paylaşımlarına görə o da həbs olundu

Hazırda oxunan: Sosial şəbəkədəki paylaşımlarına görə o da həbs olundu

601982

Sosial şəbəkədə əxlaqsızlıqla məşğul olan şəxs inzibati məsuliyyətə cəlb edilib.

Bizim.Media xəbər verir ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Füzuli rayon sakini 1994-cü il təvəllüdlü T.Məmmədov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib.
 

Bildirilib ki, özünü cinsi azlıq nümayəndəsi kimi təqdim edən şəxs instaqramda izləyici sayı 2295 nəfər olan profilində mobil nömrəsini paylaşıb. O özünün də qeyd etdiyi kimi paylaşdığı videogörüntülərində hər hansı bədən geyimini təbliğ etmək məqsədi olmadan cazibəsini göstərmək üçün bədəninin müxtəlif hissələrini nümayiş etdirib.


Bununla da sosial şəbəkədə əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada davranaraq, əxlaqsız fikir və tələblərin yazılmasına rəvac verərək, cəmiyyətə açıqcasına hörmətsizlik etmək yolu ilə xırda xuliqanlıq edib.

Nəsimi Rayon Məhkəməsinin müvafiq qərarı ilə 32 yaşlı şəxs 10 sutkalıq həbs olunub. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin